Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub

Gürcüstan paytaxtı Tbilisidə, azərbaycanlıların yığcam yaşadığı Cırtdaxan adlandırılan Zemo Vedzisi qəsəbəsində 20-yə yaxın avtomobil qarət olunub.

Bu barədə “Report”un Gürcüstan bürosuna qəsəbə sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, oğurluq ötən aylarda da törədilib və son günlər daha da artıb. Bir neçə avtomobil isə bir gecədə eyni qaydada qarət olunub. Soyğunçular gecə saatlarında maşınların şüşələrini sındıraraq, nəqliyyat vasitələrində olan mobil telefon, pul, siqaret və digər xırda əşyaları oğurlayıblar.

Qarət olunmuş maşınların əksər sahibləri taksi fəaliyyəti ilə məşğul olur.

Qəsəbə sakinləri bildirib ki, polisə oğurluq faktları barədə məlumat verilib və istintaq tədbirləri həyata keçirilir. Faktlarla bağlı hələlik saxlanılan yoxdur.

Cırtdaxanda yaşayan sakinlər soyğunçuların tezliklə saxlanılması və qəsəbədə avtombillərdən oğurluq edilməsinin qarşısının alınması üçün küçələrdə müşahidə kameralarının quraşdırılmasını tələb edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            991 10.01.19 11:51