Dilənçilik, yoxsa sənət? – Küçə musiqiçiləri – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Dilənçilik, yoxsa sənət? – Küçə musiqiçiləri – VİDEO

Bir zamanlar rəqsləri, ifaları ilə insanları ətrafına toplayıb pul qazanan hindlilər Amerikaya köç edəndən sonra bu ənənə dəb halını aldı və dünya ölkələrində küçə incəsənəti adlı yeni anlayışı yaratdı. Bu gün ölkəmizdə küçə incəsənətin ən geniş yayılan növü isə məhz küçə musiqisidir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Yaz-yay, payız-qış demədən metro yaxınlığında, dənizkənarı bulvarda, ən çox da paytaxt keçidlərində onlara rast gəlirik. Ətraflarında isə maraq dolu baxışlar.

Gülnaz Abdullazadə - Musiqişünas: “Hələ onların imkanı yoxdur geniş səhnəyə geniş publika qarşısına çıxsınlar, zallarda ifa etsinlər. Bu o qədər asan iş deyil”.

Dünya ölkələrində bu ənənə böyük maraqla qarşılansa da, bizdə hələ də münasibətlər birmənalı deyil. Elə şəhər sakinlərinin fikirləri kimi.

Sakin: “Efirə çıxır başqaları, bunlar da bacardığını edir”.

Sakin: “Bu nə musiqidir ki? Onların səviyyəsi aşağıdır”.

Sakin: “Bilmirəm başqaları nə fikirləşir, mənim münasibətim çox yaxşıdır”.

Qəribədir ki, bir zamanlar özlərini tanıtmaq üçün həvəslə kamera önünə keçən küçə ifaçıları kameramızı, mikrofonumuzu uzaqdan görən kimi bəziləri ifalarını dayandırdılar, bəziləri də sözün əsl mənasında şələ-küləsini yığıb bizdən uzaqlaşdılar. Səbəbini soruşduqda isə icazə vermirlər dedilər. Kim və niyə suallarımızın cavabları isə müəmmalı qaldı.

Lakin çətin də olsa cəhdimiz nəticə verdi, gənc ifaçı Elnur Bayramovla nəinki söhbət etdik, həm də canlı ifasını da dinlədik.

Musiqçi: “İnsanlar dənizkənarında oturanda sakit qulaq asırlar. İndi həvəskar kimiyəm amma profesianallığıa doğru getmək istəyirəm”.

Gülnaz Abdullazadə - Musiqişünas: “Mən hesab edirəm ki, yerin altından çıxmaq vaxtı gəlib çatıb. Onlara imkan yaratmaq lazımdır, misal üçün bizim “tarqovı” küçəmiz - bəzi yerlərdə onlar oturub rahat öz ifalarını nümayiş elətdirə bilərdilər”.

Çalışaq küçə musiqiçilərini adı kimi “dırnaqarası küçə ifaçıları” səviyyəsinə endirməyək əksinə elə təəssürat yaradaq ki, bu üsul dünya ölkələrində olduğu kimi bizdə də peşəkar və sağlam rəqabətə köklənsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 145 09.01.19 16:06