Median.Az xəbər verir ki, yanvarın 7-də Bərdə rayonu ərazisində naməlum şəxs, şəhər sakini olan bir yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alıb.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Əhmədov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə ilə cinayət işi başlanılıb.