Lənkəranda əkizlərdən biri ölü doğulub, ailə həkimi günahlandırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Lənkəranda əkizlərdən biri ölü doğulub, ailə həkimi günahlandırır

Lənkəranda doğum şöbəsində əkiz uşaqlardan biri ölü doğulub.

Hadisə Lənkəran şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.

Məsələ barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov saytımıza açıqlamasında bildirib ki, Hüseynova Günay İslam qızı 33 həftəlik hamiləliklə xəstəxanaya daxil olub:

“Qadın müayinə olunan zaman ona bildirilib ki, uşağın biri ana bətnində ölüb. O, təcili qeysəriyyə əməliyyatı edilib. Əkizlərdən oğlan uşağı ölmüş vəziyyətdə dünyaya gəlib. Qız uşağının isə vəziyyəti keçirilmiş əməliyyata uyğundur. Hazırda xəstəxanada küvezə qoyulub, müalicəsi davam etdirilir”.

Ailə hüquq-mühafizə orqanlarına müraciəti zamanı uşağın ölümündə həkimlərin günahkar olduğunu qeyd edib.

Əbülfət Məmmədov bu iddianı qəbul etməyib:

“Həmişə belə olur. Baş verən hadisədə həkimlər günahlandırılır. Xanım xəstəxanaya gələn zaman yüksək təzyiqi olub, vəziyyəti kritik idi. Doğum şöbəsinə gələndə artıq əkizlərdən biri ana bətnində ölü olub. Burada həkimləri günahlandırmaq doğru deyil”.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumat Publika.az saytı yayıb.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 858 08.01.19 12:29