Bakıda yeni avtovağzal tikilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bakıda yeni avtovağzal tikilib

Paytaxt ərazisində yeni avtovağzal inşa edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az -a bildirib ki, yeni avtovağzal Cənub, Cənub-Şərq istiqamətində daşımaları həyata keçirəcək.

"Bakı Beynəlxalq Avtovağzalında ölkənin bütün istiqamətlərinə, həmçinin beynəlxalq istiqamətlər üzrə reyslər var. Cənub və Cənub-Şərq istiqamətində isə sərnişin daşımaları Lökbatan dairəsindən həyata keçirilirdi. Həmçinin orada olan ticarət mərkəzlərinə gələn və qayıdan insan axını çox olduğu üçün dairədə avtomobil sıxlığı müşahidə edilirdi. Nəticədə avtonəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törədilirdi. Dövlət Yol Polisi ilə birlikdə həmin dairədə avtonəqliyyat vasitələrinin dayanması yığışdırılıb".

N.Allahyarova qeyd edib ki, artıq ərazidə Bakı-Cənub Avtovağzalı tikilib və sərnişinlərin daşınması qismən oradan həyata keçirilir. "Avtovağzal tam olaraq hazırdır. Artıq bir hissəsindən sərnişinlərin daşınması üçün istifadə edilir. Lakin bəzi tamamlanma işləri bitdikdən sonra fevral ayından etibarən avtovağzal tam istifadəyə veriləcək. Bir daha qeyd edirik ki, sərnişin daşımaları həmin avtovağzalda həyata keçirilməlidir. Avtovağzaldan kənar həyata keçirilən bütün daşımalar qeyri-qanunidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 702 05.01.19 16:29