DGK: Komitə sədrinin fikirləri yanlış şərh olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:18 Argentina iranlı nazirin həbsini tələb edir  |     23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |    

DGK: Komitə sədrinin fikirləri yanlış şərh olunur

Son günlər bir sıra kütləvi informasiya vasitələrində 2018-ci ilin dekabr ayının 27-də “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

Bu, DGK-nin yaydığı məlumatda yer alıb.

Məlumata görə, bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çıxışdan yanlış sitatlar gətirməklə komitəni və onun rəhbərliyini “Baku Steel Company” şirkətinin mənafelərini müdafiə etməkdə, digər sahibkarlarla müqayisədə onlara üstünlüklər təmin etməkdə günahlandırırlar:

“Halbuki görüşdə bu istiqamətdə yönləndirilən suala cavab olaraq Səfər Mehdiyev ümumilikdə daxili bazarın qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib və armatur istehsalı ilə yanaşı, digər sahələrdə də görülən işlərdən danışıb”.

“Qonşu ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazımi qərarlar verilir. İranda bu gün armaturun qiyməti 200 dollardır. Biz onu bəyan edirik 500 dollara, 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir. Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı “Baku Steel Company”dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq, daxili istehsalçıları qoruya bilərik?!” Sitatdan da göründüyü kimi, komitə sədri “İSTEHSALÇILAR”dan bəhs edir və bir şirkətin adını misal olaraq çəkir. Daha sonra DGK sədri daxili bazarın qorunması istiqamətində quş və quş əti, kartof istehsalçıları ilə bağlı həyata keçirilən tədbirlərdən də danışır.

Lakin nədənsə bəzi media qurumları bilərəkdən və ya bilməyərəkdən hazırladıqları yazı və reportajlarda mövzudan yayınaraq komitənin fəaliyyətinə kölgə düşürən yanlış şərhlərə yol verirlər”, - komitənin məlumatında deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 961 05.01.19 16:27