Bakıda qanunsuz ət kəsilən yerlər açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda qanunsuz ət kəsilən yerlər açıqlandı

Bakıda qanunsuz ət kəsimi məntəqələrinin olduğu rayonlar açıqlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən oxu.az-ın sorğusuna cavb olaraq bildirilib ki, AQTA aidiyyəti qurumlarla birlikdə qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarət tədbirlərini gücləndirir:

“Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmsı üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib.

Qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb”.

Agentlikdən bildirilib ki, aparılan monitorinqlər və araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhəri üzrə gündəlik tələbat ümumilikdə altı min başa yaxın xırdabuynuzlu heyvandırsa, standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin gündəlik 12 min baş xırdabuynuzlu heyvan kəsimi imkanı var:

“AQTA əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 112 05.01.19 16:25