Median.Az xəbər verir ki, yanvarın 4-də Şəki rayonunun Zunud kəndində yaşayan A.İdrisovun evinə girmiş 2 qadın, oradan soyğunçuluq yolu ilə 1.166 manat pul və qızıl-zinət əşyalarını aparmağa cəhd göstərərkən ev sahibi tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
Şəki ŞRPŞ-də araşdırma zamanı, onların Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nazlı Mahmudova və bacısı Seyran olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.