Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisindəki mağazada quraşdırılmış “E-Manat” ödəmə terminalından 736 manat pul oğurlayan Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.