Azərbaycan yağı Yerevanda təlaşa səbəb oldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycan yağı Yerevanda təlaşa səbəb oldu - FOTO

Ermənistandan olan “Facebook” istifadəçisi Sona Aqekyan öz səhifəsində yazıb ki, Yerevanda Azərbaycan istehsalı olan kərə yağı satılır. Nəticədə bu, ölkədə təlaşa səbəb olub.

Median.Az
“Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, sübut kimi S. Aqekyan məhsulun videosunu çəkib, habelə şəkilləri paylaşıb.

Materiallara əsasən, “Moskovskoe” adlı kərə yağı guya Azərbaycanın “Farmer” şirkəti tərəfindən qablaşdırılıb.



Aqekyanın yaydığı məlumata Ermənistan Elmlər Akademiyasının ekoloji-noosfer araşdırmaları Mərkəzinin qida zəncirləri riskinin qiymətləndirilməsi Departamentinin rəhbəri David Pipoyan reaksiya verib. O, Yerevanda bir sıra dükanlarda olduğunu, lakin heç yerdə bu cür yağa rast gəlmədiyini bildirib.

“Dekabrın 30-dək dükanları gəzmişik. Lakin heç yerdə bu cür qablaşmada yağa rast gəlmədim. Bu gün üç rayonda yerləşən dükanlarda belə yağ yox idi”, - deyə o öz səhifəsində yazıb.

Pipoyan artıq məsələ ilə bağlı dövlət orqanlarına müraciət etdiyini də bildirib.

Nəticədə Pipoyan məqalə müəllifindən öyrənib ki, yağ dükandan deyil, küçədə alınıb.

Məqalə “Facebook”un erməni seqmentində qızğın müzakirələrə səbəb olub.

P.S. Öz tərəfimizdən əlavə etmək istəyirik ki, birincisi, yağın doğrudan da Azərbaycanda istehsal edildiyi yaxud saxta olduğu hələ məlum deyil. Lakin əgər doğrudan da bu yağ Azərbaycandan gətirilibsə, belə çıxır ki, onun keyfiyyəti yerli yağın keyfiyyətindən dəfələrlə üstündür ki, erməni işbazlar “düşmən yağ”ı satdıqlarına görə həbs olunmaq, vətəndaşlar isə ondan istifadə etdiyi üçün qınaq obyektinə çevrilmək qorxusuna rəğmən bu yağı Ermənistanda satırlar və alırlar. Bütün bunlar bir daha ümumiyyətlə Ermənistan iqtisadiyyatının, konkret olaraq qida məhsulları istehsalının tənəzzüldə olduğunu sübut edir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 735 05.01.19 13:26