Boris Qraçevski: Bakıda başımıza məzəli əhvalat gəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Boris Qraçevski: Bakıda başımıza məzəli əhvalat gəlib

“Yeralaş” jurnalının bədii rəhbəri və rejissoru Boris Qraçevski bu yaxınlarda Bakıda olub.

Median.Az
“Moskva-Baku”ya istinadən xəbər verir ki, B.Qraçevski Azərbaycan paytaxtı ilə bağlı təəssüratlarını bölüşüb.

“Bakıda iki iri və möhtəşəm tədbirimiz var idi. “Yeralaş” uşaqlar üçün ənənəvi konsertlər keçirdi. Bu, unudulmaz idi! Konsertdən sonra isə kastinqlər təşkil etdik. Bir neçə bakılı uşaq dinləmədən uğurla keçdi və bundan sonra “Yeralaş”a çəkiləcəklər. Ümid edirəm ki, bu, yeni – 2019-cu ildə baş tutacaq.

Bakı haqqında onu deyə bilərəm ki, şəhər, sadəcə, heyrətamizdir. Təəssüf edirəm ki, buna qədər şəhərinizdə olmamışam. Bu, özünəməxsus gözəlliyi olan bir şəhərdir. Bu şəhərdə pis adam yoxdur, hər halda nə mən, nə də həyat yoldaşım belələrinə rast gəldik. Tədbirlərdən sonra yoldaşımla Bakı küçələrində gəzintiyə çıxanda bizə gözlərindən nur saçan insanlar yaxınlaşırdı. Onlar Azərbaycanda “Yeralaş”a baxdıqlarını və çox sevdiklərini bildirirdilər. Bu, həqiqətən, mənə çox xoş təsir bağışladı.

Biz möhtəşəm şəkildə inşa olunmuş Heydər Əliyev Mərkəzində olduq, çox maraqlı sərgiyə tamaşa etdik. Bu hissləri sözlə ifadə etmək olmur, “yüz dəfə eşitməkdənsə, bir dəfə gəlib-görmək yaxşıdır” – bu sözlər, həqiqətən, Bakı üçün keçərlidir. Yenidən Bakıda olmaq ümidi ilə, çox xoş təəssüratlarla Azərbaycandan ayrıldıq.

Bakıda hoteldə başımıza çox məzəli hadisə də gəldi. “Yeralaş”ın inzibatçılarından biri mənimlə idi, - yeri gəlmişkən, o azərbaycanlıdır. Məni aeroportda qarşılayıb, bir neçə manat verdi. Həmin pulların nə qədər etdiyini bilmirdim. Ona görə hotelə gələndə həmin pulları yükdaşıyana verdim. Sonradan məlum oldu ki, bu, 20 dollar təşkil edir. Hoteldə hamı mənim pulunu sağa-sola xərcləyən biri olduğumu düşünürdü.

Bakıya ilk səfərim olmasına baxmayaraq, çoxlu azərbaycanlı dostlarım var, Azərbaycandan olan tanınmış artistlərlə dostluq edirəm. Polad Bülbüloğlu ilə yaxın münasibətlərimiz var. O, yaxşı qalıb, gözəl və savadlı insandır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 107 04.01.19 13:14