Bakıda iki nəfəri maşında güllələyən şəxs tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |    

Bakıda iki nəfəri maşında güllələyən şəxs tutuldu

Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Z.İsmayılov tutulub, silahı evdən götürülüb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 871 29.12.18 15:45