Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən dekabrın 26-da internet klubların birindən 8 ədəd oyun aparatı və 5 ədəd televizor oğurlayan Bakı şəhər sakinləri Hüseyn Quluzadə, Eldar Mehdiyev, Ümid Babayev və Neftçala rayon sakini Kamran Mustafayev saxlanılıblar.
RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.