“Stadler Rail Group” şirkətindən qatarlar 2019-cu ilin fevral-mart ayında təhvil verilməlidir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
“10 sərnişin vaqonu təhvil verilən kimi artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarı fəaliyyətə başlayacaq”, - deyə Cavid Qurbanov bildirib.