Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin CM-nin 120.2.1-ci (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il avqustun 20-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və orada ölüb.
Sumqayıt ŞPİ və şəhər prokurorluğu əməkdaşlarının apardıqları araşdırmalarla, həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış yanvarın 7-nə təyin edilib.