Median.Az xəbər verir ki, dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın, dekabrın 24-də metronun “Gənclik” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.