Paytaxt sakinini öldürməyə cəhd edən şəxslərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Paytaxt sakinini öldürməyə cəhd edən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakinləri Nicat Muradovun, İlkin Kərimovun CM-nin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Saatlı rayon sakini Sahil Əzizovun CM-nin 221.1-ci (xuliqanlıq) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilməsi barədə Nərimanov RPİ 18-ci polis şöbəsinə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Məhkəmənin hökmü ilə N.Muradov və İ.Kərimovun ittiham olunduğu CM-nin 29,120.2.1-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub.

Məhkəmənin hökmü ilə N.Muradov 5 il və İ.Kərimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən S.Əzizova şərti cəza təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 434 27.12.18 16:42