Bakıda oğurluğa görə 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda oğurluğa görə 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də evdən 1150 manat, 101 dollar və 200 rubl oğurlayan Bakı şəhər sakini Əlibaba İsgəndərov saxlanılıb.

Bundan başqa, Nərimanov RPİ 18-ci polis şöbəsi və Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir evdən qaz sayğacı, gözəllik salonundan 490 manat pul oğurlayan Lənkəran rayon sakini Rəhman Dadaşzadə saxlanılıb,

Nəsimi RPİ 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Əhmədov Cavadxan küçəsində cibindən 500 manat pulunun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev saxlanılıb, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evndən 1000 manat pul, noutbuk, geyim əşyaları və qol saatı oğurlayan Qəbələ rayon sakini Yusif İsayev saxlanılıb, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində iyunun 9-da bir nəfər paytaxt sakininin 187 manat pulunu oğurlayan İmişli rayon sakini Azad Bəylərzadə, sentyabrın 10-da rayon ərazisində 3 ədəd rabitə quyusunun qapaqlarını oğurlayan Mingəçevir şəhər sakini Mustafa Sarıyev saxlanılıblar, Suraxanı RPİ 31-ci polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki iki evdən telefon, 600 manat dəyərində qızıl əşyalar və təmir-tikinti alətlərini oğurlayan Bakı şəhər sakini Eldar Babayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 930 22.12.18 16:11