17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? - TƏFƏRRÜAT

17 yaşlı azərbaycanlı Günel Dadaşovanın meyiti dekabrın 14-də Rusiyanın Nijneudinsk şəhərində aeroport rayonundakı adacıqda tapılıb.

Median.Az
-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Nijneudinsk İdarəsinin məlumatında deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxslər artıq müəyyən edilib: Günelin 17 yaşlı sinif yoldaşı və 15 yaşlı başqa bir yeniyetmədir.

Hazırda hər ikisi saxlanılıb və onlardan ifadə alınır.

Müstəntiqlər öyrənə bilib ki, azərbaycanlı qızın sinif yoldaşının pula ehtiyacı olub, bu səbəbdən, o, Günel Dadaşovadan 70 min rubl məbləğində borc alıb. Həmin pullar mərc oyunlarına qoymaq məqsədilə alınıb. Qızın valideynləri birlikdə yaşamır, atası başqa şəhərdə yaşayır və vaxtaşırı ona pul göndərirdi, Günel isə pulların çox hissəsini bir kənara yığırdı.

Atasına yardım etmək üçün pula ehtiyac yaranan zaman borc verdiyi sinif yoldaşına müraciət edir. Həmin vaxt oğlanın tələb olunan məbləğdə pulu olmadığından Güneli öldürməyə qərar verib.

Dekabrın 6-da o, borcu qaytarmaq adı ilə 15 yaşlı yeniyetmə ilə birlikdə Güneli başqa sinif yoldaşının evinə çağırıb. Qız həmin evə gələndə, sinif yoldaşı dostunun gətirdiyi bıçaqla onun boyun nayihəsinə bir neçə zərbə endirib. Aldığı bıçaq xəsarətlərindən qız hadisə yerində keçinib.

Qətldə əlbir olanlar bir neçə gün ərzində cinayət izlərinin itirilməsi ilə məşğul olub. Sonradan 17 yaşlı yeniyetmənin anası da onlara qoşulub. Birlikdə qızın cəsədini polietilen torbaya yerləşdirərək, aeroport rayonundakı adacıqda, kolların arasında gizlədiblər.

Maraqlıdır ki, sinif yoldaşları və müəllimlər hər iki şagird barədə yalnız müsbət sözlər deyiblər. Bununla belə, axtarışın başlandığı ilk gündən sinif yoldaşları əsas şübhəlilər çevrəsində olub.

Axtarış zamanı cinayətkarlardan birindən qətldə istifadə olunan bıçaq götürülüb. Şübhəli şəxslərlə bağlı RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin “j” və “z” bəndi (mənfəət məqsədilə öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədilən qətl) üzrə cinayət işi açılıb. Onları səkkiz ildən 20 ilə qədər həbs cəzası gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 613 19.12.18 13:20