Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İlkin Əsgərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Sabunçu rayonunda İlkin Əsgərov qardaşı arvadı Xatirə Əsgərova ilə mübahisə edərkən, onun üzərinə alışdırıcı mayəni töküb və qadına od vurub. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İ.Əsgərov Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.