Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.
Araşdırma zamanı onun, Nərimanov rayonu ərazisində bir mağazadan 453 manat pul, bir sexdən mobil telefon və yaddaş qurğusu, iki gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində bir mağazadan 4000 manat pul oğurlaması məlum olub.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.