Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd metodon həbini şərti alıcıya satarkən yaxalanıb.
Həmin həbləri ona satan, Cəlilabad rayon sakini Anar Niftiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Sonuncudan 80 ədəd metodon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.