DYP-dən sürücülərə son xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

DYP-dən sürücülərə son xəbərdarlıq

Yol polisi istismara yararsız avtomobillərlə təhlükəli yüklər daşıyanları cəzalandıracaq.

Baş Dövlət Yol Polisi İdarəsindən oxu.az-a verilən məlumata görə, son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb:

“Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır. Son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

DYP xatırladır ki, dünən Salyanda üzərində dəmir qırıntılar daşınan “Opel” markalı avtomobillə “Hyundai” markalı digər nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Opel”in üzərində olan dəmir boru “Hyundai” markalı avtomobilin qabaq alın şüşəsindən girərək sürücünün həyatına son qoyub.

Həmin hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməsi barədə göstəriş verilib. Bu gün Nəsimi rayonu ərazisində “QAZ-31” markalı avtomobil 12 metr uzunluqda armatur daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan müayinəyə dəvət edilib və sənədləri tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzin tökərək həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib”.

Məlumatda bildirilib ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol-nəqliyyat hadisələrinə səbəb olur:

“Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər belə olmadan bu cür nəqliyyat vasitələrini idarə edir. Bəzən belə avtomobilləri 5-6 nəfər ayrı-ayrı vaxtda idarə edir.

Yəni onlar buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Nəqliyyat vasitəsi kimi həmin avtomobili saz vəziyyətdə saxlamırlar, işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində çox sərt tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq”.

“Bu cür avtomobilləri idarə edən bəzi sürücülər Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atırlar, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar.

Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti, imkanı var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, öz bizneslərini qururlar.

Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir. Bunu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur. Yol polisi bir daha xəbərdarlıq edir ki, belə nəqliyyat vasitələri aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tədbirlər görüləcək.

Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər. Nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməlidir və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər bu qayda pozuntularına yol verməsinlər”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 551 17.12.18 11:55