Hər il 30-40 uşaq nikahı ilə bağlı cinayət işi açılır - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Hər il 30-40 uşaq nikahı ilə bağlı cinayət işi açılır - AÇIQLAMA

Erkən nikahla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin daxil olan hər bir məlumat araşdırılır.

Bunu Oxu.Az-a açıqlamasında Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, erkən nikahla bağlı məlumat olan kimi məsələ diqqətə götürülür:

“Yaşayış yeri üzrə olan yerli monitorinq komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə fakt təsdiqini tapırsa, Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddə var. Dörd ilə kimi azadlıqdan məhrumetmə və dörd min manat cərimə nəzərdə tutulur. Fakta əsasən, ailə siyahıya alınır və reabilitasiya işi aparılır”.

Elgün Səfərov qeyd edib ki, 2012-ci illə müqayisə etsək uşaq nikahların sayı Azərbaycanda rəsmi statistikaya görə, 10 dəfə azalıb:

“Hər il 30-40 uşaq nikahı ilə bağlı cinayət işlərini əks etdirən faktlar olur. Hazırda il ərzində erkən nikahların sayı 500-550 civarındadır. İşləyən qanunvericilik normaları öz təsirini göstərir.

Erkən nikah problemi ilə rastlaşanda sosial və psixoloji reabilitasiya işləri aparılmalıdır. Bunun üçün ailə psixoloqu təyin edilməlidir. Ailə institutu yaradılmalı, erkən nikaha cəlb edənlərə reabilitasiya işi həyata keçirilməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 147 15.12.18 14:11