Bakı Ağır Cinayətlər Məhkəməsində Etibar Qəhrəmanovun (1974-cü il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, bu il avqustun 16-da Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Qəhrəmanov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Orucəli Xanzadəni (1983-cü il təv.) bıçaq zərbələri ilə qətlə yetirib.
Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşları tərəfindən E.Qəhrəmanov saxlanılıb. İstintaqa verdiyi ifadəsində o, törətdiyi cinayət əməlini etiraf edib.
Etibar Qəhrəmanov bildirib ki, Orucəli Xanızadəni kafedə həbsxana söhbətlərindən söz açmaqla, onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə vurub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış dekabrın 21-nə təyin edilib.