Median.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də şəhər ərazisindəki poçtların birindən, içərisində 7 ədəd “Dekoder” aparatı və 34 ədəd açıqca olan seyfi oğurlayan şəhər sakinləri Amil Əliyev, Rəfayel Qurbanov və əvvəllər məhkum olunmuş Taleh Qurbanov saxlanılıblar.
ŞPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.