Median.Az xəbər verir ki, Gəncə şəhər Nizami RPİ-nə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını, onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.
Polis əməkdaşlarlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb edən Goranboy rayon sakini Emin Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.