Median.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki evlərin birindən 10.500 manat pul oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.