Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq

2019-cu ildə Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, dopler radar sistemi dünyada geniş istifadə olunur:

“Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hansısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi bu dəqiqliyi demək çətin idi. Çünki bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Sistemin gələn il ölkəyə gətirilməsi proqnazlaşdırılır”.

Umayra Tağıyeva qeyd edib ki, dopler radar müşahidə sistemi kifayət qədər bahalı sistemlərdir:

“Çalışmalıyıq ki, sistemlər bütün ölkəni əhatə etsin. Bu sistemin əhatə radiusu 200 kilometri əhatə edir. Ən azı üç radarın Azərbaycanda fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfindən sistemin harada yerləşdirilməsi barədə yerlər müəyyən ediləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam etdiriləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 970 14.12.18 17:23