Median.Az xəbər verir ki, Səbail RPİ 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 30-da H.Mənsimovu dəmir parçası ilə hədələyib, 276 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Bakı şəhər sakini Nadir Məmmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o dələduzluq yolu ilə R.Şirəliyevin də mobil telefonunu alıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 178 (dələduzluq) və 181-ci (quldurluq) maddəlləri ilə cinayət işi başlanılıb.