"AİLƏ TV"-nin ofisinə basqın edən şəxslərin cəzaları qüvvəsində qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |    

"AİLƏ TV"-nin ofisinə basqın edən şəxslərin cəzaları qüvvəsində qalıb

Bakı Apellyasiya Məhkəməsində Kamil Əliyev, Rəşad Əhmədzadə, Asib Kambarov, Kamran Süleymanov və Orxan Əliyevin CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəlləri ilə məhkum olunmalarına dair iş üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Kamran Süleymanov və qeyriləri 2017-ci il martın 15-də, Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq, gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı, habelə zərərçəkmişə məxsus 160 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıblar. Həmin ilin iyun ayında qrup üzvləri Xətai RPİ və Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaqın gedişatında məlum olub ki, onlar bundan əlavə Nizami rayonunda fəaliyyət göstərən lombarda basqın etməklə, oradan 1250 manat pulu ələ keçiriblər.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Əliyev 11 il, R. Əhmədzadə 9 il, A.Kambarov, K.Süleymanov və O.Əliyev hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləri təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 527 13.12.18 18:24