Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |    

Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək - RƏSMİ

Daxili İşlər Nazirliyi Bakıda, Qala qəsəbəsində VII sinifdə oxuyan qızın məktəbə getməməsi ilə bağlı məsələyə rəsmi münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə oxu.az-a açıqlamasında bildirib ki, artıq məsələ barədə polis əməkdaşları tərəfindən araşdırılma aparılıb:

“Ailənin yaşadığı ünvan və onların şəxsiyyətləri müəyyənləşdirilib. Xaşaxuna qəsəbəsində yaşayan VII sinif şagirdi İ.M-nın valideynləri və təhsil aldığı 216 nömrəli tam orta məktəbin rəhbərliyi Xəzər Rayon Polis İdarəsinə dəvət olunublar.

Orada valideynlərlə müvafiq söhbət aparılıb. Qızın atası Nuhu Manafov uşağın dərsə getməməsini Suraxanı rayonunda yaşayan xəstə nənəsinə qulluq etməsi və yolun uzaq olması ilə izah edib.

Valideynlərə uşağın təhsildən yayındırılmasının yolverilməz olduğu deyilib və mütləq şəkildə təhsilinin davam etdirilməsi tələb olunub”.

Orxan Mansurzadə qeyd edib ki, sabahdan VII sinif şagirdinin təhsilə davamiyyəti bərpa olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 507 13.12.18 17:49