Leyla Əliyeva Bakıda beynəlxalq forumda iştirak edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Leyla Əliyeva Bakıda beynəlxalq forumda iştirak edir

Bu gün Bakıda “Yaşıl gələcək üçün innovasiyalar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

ADA-da keçirilən foruma Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva da qatılıb.

Qonaqları salamlayan ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, universitet lazım olan enerjinin 50 faizini geotermal üsulla alır. Ağıllı texnologiyalardan istifadə etmək imkanlarını daim genişləndirməyə çalışır.

Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, 2050-ci ildə dünya əhalisinin sayı 9.2 milyard nəfərə çatacaq. Ona görə də ərzaq təminatını 60 faiz artırmaq lazımdır.

Nazirin sözlərinə görə, iqlim dəyişikliyi, gübrələrin və pestisidlərin torpağa vurduğu zərər aradan qaldırılmalıdır. Bu ilin doqquz ayında kənd təsərrüfatı məhsulları 4,3 faiz artıb:

“Münbit torpağımız və şirin su ehtiyatlarımız məhduddur və biz bundan səmərəli istifadə edərək gələcək təminatımızı qurmalıyıq.

Aqrar sektorda innovasiyaların tətbiq edilməsi keyfiyyətli ərzaq məhsullarının istehsal edilməsi, ekosistemin qorunması maliyyə xərclərini azaldır, daha çox məhsul götürülməsinə zəmin yaradır. Mobil təhlillər göstərir ki, bu sahənin gəlirliliyi 50 milyard manatdan yüksəkdir”.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemir isə yaxın gələcəkdə dünyada şirin su və ərzaq savaşı başlanacağını anons edib:

“Çünki sənayeləşmə güclü şəkildə irəliləyir, kənddən şəhərə axın güclənir. Gələcək 10 ildə ağıllı texnologiyaların sürətli inkişafının şahidi olacağıq. Ancaq kənd təsərrüfatı sektoru prioritet olaraq qalacaq. Nə qədər “big data” önəmli olacaqsa, yenə də ilk beşlikdə qida və kənd təsərrüfatı şirkəti yer tutacaq. Amma hamı təsdiqləyir ki, dünyanı doyduran dünyanın lideri olacaq”.

Türkiyəli nazir bildirib ki, Azərbaycan prezidenti ilə görüşündə də planlaşdırmanı qurmaqla bağlı məsələlərə toxunublar. Nazir vurğulayıb ki, bütün məhsulları enerjinin alınmasında istifadə etmək lazımdır.

Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji imkanları böyükdür və hazırda Böyük Şor gölündə üzən günəş paneli tikilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 405 10.12.18 12:34