Xırdalanda taksi sürücüsünə qarşı qudlurluq edən qardaşlar saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |    

Xırdalanda taksi sürücüsünə qarşı qudlurluq edən qardaşlar saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 26-ı saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub, Xırdalan şəhərinə gedəcəklərini bildiriblər. Ora çatanda, onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb, hadisə yerini tərk ediblər.

DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Cəfərli saxlanılıb. Bu cinayətdə şübhəli bilinən onun qardaşı, əvvəllər məhkum olunmuş Mehdi Cəfərli dekabrın 3-də
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı, sonuncunun CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə istintaq aparılır, əməliyyat-axtarış tədbirləri davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 836 05.12.18 11:17