İlham Əliyev Gürcüstanın yeni prezidentinə məktub ünvanladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |    

İlham Əliyev Gürcüstanın yeni prezidentinə məktub ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli xanım Zurabişvili,

Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 273 30.11.18 12:02