Yeznəsini və onun atasını öldürməyə cəhd edən şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

Yeznəsini və onun atasını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakini Tural Tarverdiyevin CM-nin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 10-da Bülbülə qəsəbə sakini Tural Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacısının evinə gəlib. Aralarında yaranmış ailə-məişət zəmnində Tarverdiyev yeznəsi Anar Rəsulova və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan ata və oğul 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həkimlər onların həyatlarını xilas ediblər. Həmin gün T.Tarverdiyev Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə T.Tarverdiyevin əməlini CM-nin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 766 29.11.18 18:47