Sabunçuda küt alətlə yaşlı insanı öldürən şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |    

Sabunçuda küt alətlə yaşlı insanı öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emin Ramazanovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsindən, qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də o, xəstəxanada ölüb.

Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində, fevralın 16-da kafedə, T.Həmzəyevlə Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə şüşə qabla ilə xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat tədbiri nəticəsində E.Ramazanov saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 857 28.11.18 18:28