Azərbaycan Yerevanda medaldan imtina etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Azərbaycan Yerevanda medaldan imtina etdi

Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin Baş Assambleyasının bu gün Yerevanda açılan 52-ci iclasında dörd nümayəndə heyəti yubiley medallarından imtina edib.

Median.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyanın çıxışından sonra təşkilatın 25 illiyi ilə əlaqədar bütün milli nümayəndə heyətlərinin medalla təltif edilməsi elan olunsa da, Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri medallardan imtina ediblər.

Bununla əlaqədar Ara Babloyan xatırladıb ki, mükafat təkcə nümayəndə heyətinin başçılarına deyil, həmçinin üzvlərinə şamil edilir.

Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin baş katibi Asəf Hacıyev bildirib ki, bundan faciə düzəltmək lazım deyil, üstəlik, türk nümayəndə heyətinin rəhbəri hələlik təsdiqlənməyib.

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev başçılıq edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 332 27.11.18 13:04