Xırdalanda “PayPoint” aparatını oğurlayanlar saxlanılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |    

Xırdalanda “PayPoint” aparatını oğurlayanlar saxlanılıb - FOTO

Abşeron rayonunda mağazalardan birindən oğurluq edən şəxslər tutulub.

Median.Az
-ın “Report”a istinadən məlumatına görə, İlqar İbadov Xırdalan şəhəri Quşçuluq massivində yerləşən marketdən oğurluq edildiyi barədə Abşeron rayon Polis idarəsinə məlumat verib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən elə həmin ərazidə yaşayan 26 yaşlı Toğrul Pənahov, Göyçay rayon sakini, 44 yaşlı Qalib Abdullayev və Cəlilabad rayon sakini, 42 yaşlı Vüqar Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq mağazaya daxil olub, oradan 180 manat pul və 500 manat dəyərində müxtəlif növ siqaretləri ələ keçiriblər. Eləcə də həmin mağazadan içərisi pulla dolu, “Comted LTD”yə məxsus “PayPoint” ödəniş terminalını oğurlayıblar. Aparat avtomobillə evə aparılaraq yarılıb və içərisindəki məbləği öz aralarında bölüblər. “PayPoint" aparatını isə Novxanı qəsəbəsinə apararaq izi itirmək məqsədilə suya atıblar.

Ancaq saxlanılan şəxslərin hadisəni törətdikdən iki gün sonra yenidən həmin ərazidə digər mağazadan oğurluq etmək istəyi baş tutmayıb.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Abşeron rayon Polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 158 24.11.18 12:20