Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib

Baş nazir Novruz Məmmədov xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib.

“Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Onun böyük ürəyi ” bədii filmini çəkən sənətkar, sonrakı illərdə “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm” , “Sən niyə susursan?”, “Skripkanın sərgüzəşti” kimi filmlərdə quruluşçu rejissor kimi fəaliyyət göstərib.

Rejissor kimi isə “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “Özgə ömür”, “Park”, “Həm ziyarət, həm ticarət ”, “İstintaq”, “Təhminə” , “Otel otağı” filmlərinə ekran həyatı verib.

Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 2006-cı ildə Bakı şəhərində dünyasını dəyişib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 984 24.11.18 10:47