BDU-nun tələbəsi itkin düşüb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |    

BDU-nun tələbəsi itkin düşüb - FOTO

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi itkin düşüb.

Bu barədə oxu.az saytına tələbənin bibisi 1963-cü il təvəllüdlü İsmayılova Qumru məlumat verib.

O bildirib k, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovadan 22 noyabr səhər saat 08:00-dan sonra xəbər ala bilməyib:

“Dünən Ayzanı universitetə yola salmışam. Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxıb. Həmişə saat 3-4 arası evdə olurdu. Axşam saat 06:00-a qədər gözlədim, gəlmədi. Sonra baxdım ki, evdə bəzi əşyaları - kompüteri, kosmetika əşyaları yoxdur.

Mən də yoldaşımla polisə müraciət etdim. Xəbər aldıq ki, bu adla Rusiyaya bilet alınıb. Atası, anası orada yaşayır. Qardaşımla əlaqə saxladım, onların da yanında deyil. Onlar da Rusiyada axtarışa veriblər. Xahiş edirəm, kömək edin”.

BDU-dan verilən məlumata görə, Ayza Məmmədova dərsdə iştirak etməyib və dərsdə iştirak etmədiyinə dair jurnalda adının qarşısına “q” yazılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalara başlanılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 828 23.11.18 12:33