Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq

"Azəriqaz" İstehsalat Birliyi yeni sayğacların tətbiqinə başlayır. Yeni sayğaclar bir çox xüsusiyyətlərinə görə əvvəlki sayğaclardan fərqlənir.

Median.Az
xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev modern.az-a açıqlamasında bunu təsdiqləyib və bildirib ki, artıq yeni sayğaclar test rejimində yoxlanılıb:

""İTRON" firmasına məxsus yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları asanlaşır. Əvvəlki smart-kartlarda abonent tərəfindən müəyyən zədələnmələr, əzilmə halları baş verirdi ki, belə olan halda məbləğ sayğaca yüklənmirdi. Buna görə də problemi həll edənədək vətəndaşlar qazsız qalırdı. Yeni kartlarda isə bütün bunlar nəzərə alınıb. Belə ki, yeni kartlarda çip hissəsi yoxdur. Çip hissə kartın daxilində yerləşdirildiyindən, abonent məbləği yükləmək üçün kartı sayğaca daxil etməyəcək. Kartı sayğaca yaxınlaşdırmaqla, ödənişi rahat şəkildə həyata keçirmiş olacaq.

Eyni zamanda, əvvəlki qaz sayğaclarının göstərici lövhəsində işıqlandırma olmadığından, qaranlıqda sayğac üzərində hər hansı əməliyyat aparmaq çətinləşirdi. Yeni sayğacların ekranında isə işıq sistemi yardılıb ki, qaranlıq saatlarda rahatlıqla əməliyyatlar icra etmək mümkündür".

Qurum rəsmisi daha bir yeniliyin telefon vasitəsilə ödəniş etmək olduğunu açıqlayıb:

"Bunun üçün abonent telefonuna proqram təminatı yükləməlidir. Bundan sonra xüsusi e-mail vasitəsilə qeydiyyata alınacaq. Balansı istədiyi qədər artıracaq və telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmiş olacaq".

İ.Kərbalayevin sözlərinə görə, bir müddət əvvəl ölkəyə test üçün 70 sayğac gətirilib:

"Sayğaclar sınaqdan keçib və hazırda ikinci sınaq dövrü də uğurla başa çatıb. Hazırda yeni sayğacların tətbiqinə başlanılıb. Ölkəyə tələbata uyğun olaraq, kifayət qədər sayğac gətirilib və dövlət yoxlamasından keçirilib, quraşdırılması üçün hazır vəziyyətdədir".

Qurum rəsmisi qeyd edib ki, yeni sayğacların quraşdırılması kütləvi xarakter daşımayacaq:

"İstismar müddəti başa çatmış, zədələnmiş sayğacların dəyişdirilməsinə ehtiyac yarandığı zaman, yeni sayğaclardan istifadə ediləcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 594 21.11.18 15:18