Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən şəxs tutuldu » Median.Az News Agency

Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən şəxs tutuldu
Nərimanov Rayon Məhkəməsində insan alverində təqsirləndirilən Cəlal Mehdiyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və C.Mehdiyev barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə azyaşlı qızları aldatmaq və hədə-qorxu gəlmək yolu ilə fahişəliyə cəlb edən Bakı şəhər sakini Mehdiyev Cəlal Əli oğlu saxlanılıb.//oxu.azскачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 014 20.11.18 12:57