Gəncədəki güclü partlayışdan sonra yaralı belə xilas edildi - VİDEO » Median.Az News Agency

Gəncədəki güclü partlayışdan sonra yaralı belə xilas edildi - VİDEO
Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılmasının görüntüləri yayılıb.

Bu barədə videonu Fövqəladə Hallar Nazirliyi yayıb.

Xilas edilən şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. O, xilas edilərkən hərbi formada olub. Yaralını Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdiriblər. Vəziyyəti stabil ağırdır.

Qeyd edək ki, qaz sızması nəticəsində dördmərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 121 20.11.18 12:18