Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər » Median.Az News Agency

Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər
Səudiyyə Ərəbistanının kral ailəsinin bəzi üzvləri jurnalist Camal Kaşıkçının ölümünə görə beynəlxalq arenada yaranmış qalmaqal fonunda şahzadə Məhəmməd Bin Salman Əl Saudun taxta çıxmasına mane olmaq niyyətindədirlər.

Median.Az
“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, onlarla şahzadə və kral ailəsinin digər üzvləri hakimiyyətə başqa şahzadənin gəlməsini istəsələr də, 82 yaşlı kral Salman Bin Abdel Əziz Əl Saud sağ olduğu müddətdə hərəkətə keçməyəcəklər.

Onlar kralın öz sevimli oğlunu hər bir halda müdafiə edəcəyini düşünürlər.

“Reuters” agentliyinin məlumatına görə, kraldan sonra onun yerinə Qərb tərəfindən dəstəklənən 76 yaşlı qardaşı Əhməd İbn Abdulla Əziz İbn Səud gələ bilər.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




550 20.11.18 12:13