Mingəçevirdə 3 evdən oğurluq edən şəxs saxlanılıb » Median.Az News Agency

Mingəçevirdə 3 evdən oğurluq edən şəxs saxlanılıb
Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində, avqustun 21-də şəhər ərazisindəki evlərin birindən 1500 manat və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynli saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, tutulan şəxs daha 2 evdən pul, qızıl və məişət əşyaları oğurlayıb.

ŞPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




966 17.11.18 13:18