Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü - ŞOK TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü - ŞOK TƏFƏRRÜAT

Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni təfərrüatı ortaya çıxıb.

Bu barədə əməkdar artist Səbuhi İbayev qonağı olduğu "5/5" proqramında məlumat verib.

Əməkdar artist qətlə yetirilən Miryusif Mirizadənin qətli ilə bağlı bunları deyib:

"Hələ ki, istintaq gedir. Qətlə yetirən evdən pul oğurlayıb, gəlib maşın alıb. Günahı Miryusifdə görüblər. Nə edibsə, qardaşı ilə ediblər. Rayondakı qardaşı qəbul etməyib bu qardaşının (Novruz Hüseynov) maşın almağını. İki qardaş əlbir olub öldürüblər. Miryusifə nəsə deyiblər, orada aralarında nə söhbət olubsa, ikisi öldürüblər onu. 30 yaşı 3 gün qabaq tamam olmuşdu.

O, Miryusifi öldürdükdən sonra özünü öldürməyib. Axşam izi itirmək üçün rəhmətliyi harasa aparmaq istəyirmiş. Yolda maşın aşıb. O, onda ölməyib. Maşın aşandan sonra, yol polisləri gəlib. Qorxusundan istəyib kanalı keçə, keçə bilməyib, batıb. Ən çox Novruzun qardaşından şübhələnirik".

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar etdiyi deyilirdi. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 877 16.11.18 21:01