Abel Məhərrəmovun vəzifəsini bu xanım icra edir - FOTO » Median.Az News Agency

Abel Məhərrəmovun vəzifəsini bu xanım icra edir - FOTO
Bakı Dövlət Universitetində rektor əvəzinin kimliyi dəqiqləşib.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov işdən çıxarılandan sonra onun səlahiyyətləri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyevaya verilib.

Qeyd edək ki, İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

O, 2009-2011-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-cı ilin may ayının 26-dan bu vaxta qədər Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur.

İ.Əliyeva 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.


скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 288 16.11.18 17:39