Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir".

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhəddinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:

"Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-ci kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci texniki dərəcəyə malik 4 hərəkət zolaqlı olacaq. Yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Bakı-Ələt-İran sərhəddi avtomobil yolu 270 kilometrlik yolu 40 kilometr qısaldıb".

S.Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifi müəyyən etmək səlahiyyətində deyil: "Bu qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiyməti müəyyən edəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 232 16.11.18 16:27