Energetik içkilər bahalaşa bilər - vergi tətbiq olunacaq (TƏKLİF) » Median.Az News Agency

Energetik içkilər bahalaşa bilər - vergi tətbiq olunacaq (TƏKLİF)
Azərbaycanda energetik içkilərə aksiz dərəcələrinin tətbiqi və şərabların minimum qiymətinin müəyyənləşdirilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə, gənclərin sağlamlığını ciddi şəkildə pozan energetik içkilərə aksiz dərəcələrinin tətbiqi çox vacibdir:

“Energetik içkilərin ən ucuz satıldığı ölkələrdən biriyik. Onların da heç biri Azərbaycanda istehsal olunmur, bizə xaricdən bəlkə də məqsədli şəkildə idxal edilir. Təkcə biznes məqsədilə deyil, gələcəyi korlamaq məqsədilə gətirilir. Energetik içkilərdə kofeinin miqdarı normadan 4 dəfə çoxdur”.

M.Quliyev onu da təklif edib ki, şərab və alkoqollu içkilərin minumum qiymətləri müəyyənləşdirilsin:

“Bizim gözəl şərab zavodlarımız var. Onların mütəxəssisləri deyirlər ki, bizdə maya dəyəri 5-6 manata başa gələn şərabı şadlıq evlərində bizim markanın adı altında 3 manata qoyurlar. Həmin şərablar da şadlıq evlərinin zirzəmisində hazırlanıb. Bu mənada onlara minimum qiymət, maya dəyərindən yuxarı qiymət qoyulmalıdır ki, həmin zavodlar da öz məhsullarını sata bilsinlər. Bu qiymət müəyyənləşərsə, büdcəyə də vergi ayırmaları artar”.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




488 16.11.18 16:15